“WinPhone 2″ müsabiqəsinin final mərasimi keçirilib

DSC_008213 Martda «JW Marriott Absheron» otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, «Bakcell»in baş sponsorluğu, «Microsoft Azerbaijan», «Nokia» və «Mobitel»in təşkilati dəstəyi ilə keçirilən «WinPhone 2» müsabiqəsinin final mərasimi keçirilib.

Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadənin bu müsabiqənin İKT sahəsinin inkişafına böyük töfhə olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə ölkənin İT sahəsi üzrə peşəkar kadrlarla təmin edilməsi və sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynayacaq:

«Bu günlərdə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əsasnamə təsdiqlənib. Ümumiyyətlə, „İKT ili“ çərçivəsində xeyli tədbirlərin reallaşması nəzərdə tutulur ki, bu tədbirlərə digər dövlət qurumları da cəlb ediləcək».

Müsabiqənin baş sponsoru «Bakcell» şirkətinin marketinq şöbəsinin direktoru Aynur Abjanova isə öz çıxışında layihəyə dəstək olmaqdan məmnunluqlarını ifadə edib: “Gənclərin bu layihəyə göstərdiyi maraq və aktiv iştirakdan çox məmnunuq. Məndə olan məlumata görə, hətta burda bəzi iştirakçılar müsabiqəyə 2 və daha artıq tətbiq təqdim ediblər. Bu çox sevindirici haldır. “Bakcell” şirkəti olaraq gələcəkdə də Azərbaycanda İKT sahəsinin inkişafına yönəlik bu cür layihələrə dəstək verməyə davam edəcəyik”.

Continue reading

Win Phone 2 yarışmasında tətbiqlərin göndərilməsi qaydası

Hackathon Azerbaijan, Win Phone 2 yarışmasında yazılan tətbiqlərin qəbulu prosesi.

Logolar
Tətbiqlərdə bu logolar yerləşdirilməlidir.
- Bakcell logosu ölçü fərqi ilə seçilməlidir.
- RİTN və Hackathon Azerbaijan logoları rəsmi dəstək və təşkilatçı qismində göstərilməlidir.
- Microsoft, Nokia, MobiTel logoları II səviyyəli sponsor logoları sırasında olmalıdır
- THINK və NEATS logoları III səviyyəli sponsor logoları sırasında olmalıdır

Continue reading

“Win Phone 2″ müsabiqəsi çərçivəsində keçirilən təlimlər yekunlaşdı

winphone2-1

24 Fevral 2013-cü il tarixində Xəzər Universitetində- Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in təşkilati dəstəyi ilə keçirilən müsabiqəsinin növbəti təlim məşğələsi keçirilib.

Continue reading

“Win Phone 2″ müsabiqəsi çərçivəsində növbəti təlim keçirildi

20130210_120619
“Hackathon Azerbaijan” layihəsi çərçivəsində keçirilən “Win Phone 2″ müsabiqəsinin seçim tutu artıq arxada qalıb.

10 fervral 2013-cü il tarixində Xəzər Universitetində- Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in təşkilati dəstəyi ilə keçirilən müsabiqəsinin növbəti təlim məşğələsi keçirilib. İlk olaraq tədbiri layihənin rəhbəri Rəşad Əliyev açıb. Daha sonra “Hackathon Azerbaijan” layihəsinin təlimçisi Elvin Əsədov iştirakçılar qarşısında “Windows Phone 8″ə giriş və yeni imkanlar barəsində xüsusi təqdimatla çıxış edib.

Continue reading