1 – Qeydiyyat
1.1. – Qeydiyyat 13 yaşından yuxarı hər kəsə açıqdır.
1.2. – İştirakçı qeydiyyat formasındakı vacib bölmələri düzgün doldurmalıdır.
1.3. – İştirakçı ilə bağlı sual yarandığı təqdirdə Təşkilat Komitəsi tərəfindən həmin şəxslə əlaqə saxlanılacaq.
1.4. – İstifadəçi məlumatları təşkilatçılar tərəfindən gizli saxlanılacaqdır.
1.5. – Qeydiyyat 21 Yanvar 2013 00:00:01-də başlayıb – 31 Yanvar 2013 23:59:59-da başa çatır. Daha sonra göndərilən ərizə və şikayətlər qəbul edilməyəcək.
2 – İştirakçı seçimi
2.1. – Qeydiyyatdan keçmiş şəxslər seçim mərhələsinə buraxılırlar.
2.2. – Seçim mərhələsində iştirakçılar, proqramlaşdırma biliyinə və yarışmanın formatına uyğun olaraq təşkilatçılar tərəfindən seçiləcək.
2.3. – Seçim mərhələsi başa çatdıqdan sonra, nəticə iştirakçıların qeyd etdikləri əlaqə vasitələri(e-poçt və ya telefon zəngi) ilə bildiriləcək.
3 – Təlimlər
3.1. – Təlimlər ödənişsizdir.
3.2. – Təlimlər iştirakçıların qeyd olunmuş mövzuda biliklərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.
3.3. – Təlim mövzuları və təlimçilər barədə məlumat təşkilatçılar tərəfindən öncədən veriləcək.
3.4. – Təlimlərin keçiriləcəyi yer və zamanı barədə məlumat iştirakçılarla öncədən bildiriləcək.
3.5. – Təlimlərdə iştirak məcburi deyil.
4 – Yarışma
4.1. – Yarışmada hər bir iştirakçı fərdi iştirak edilməlidir, qrup şəklində iştiraka yol verilmir!
4.2 – Yarışmada iştirakçı kodu özü yazmalıdır!
4.2.1. – Açıq Qaynaq(Open Source) kitabxanalardan(library) istifadə oluna bilər.
4.2.2. – Kodlara şərhlərin əlavə olması arzu olunandır.
4.3. – Yarışda iştirak edərkən tətbiqlərin yarışma başa çatmadan hər hansı App Marketə yerləşdirilməsi qadağandır.
4.4. – Yarışmaya mövcud olmuş tətbiqlərlə qatılmaq olmaz!
4.5. – Yarış vaxtı yazılan tətbiqlərin əvvəlində Sponsor və Təşkilatçıların(Bakcell – Baş sponsor, Microsoft, Nokia, Mobitel, Think, İlk Addımlar) loqosunun qoyulması vacibdir. Ehtiyac olarsa, təlimçilər bu barədə köməklik göstərəcəklər.
4.6. – Yarışmadan sonra tətbiqin müəllifi, onun digər versiyalarında istədiyi düzəlişləri edə, logolayı yığışdıra və ya Market-də yerləşdirə bilər.
4.7. – Yarışma müddətində yazılacaq tətbiqlərın səlahiyyətləri Hackathon Azərbaycana aiddir. Müəllif hüquqları isə onu yazan proqramçıya məxsusdur.
4.8. – Hackathon Azerbaijan yarışmaçılar tərəfindən yazılan tətbiqləri yalnız hackathonazerbaijan.org saytında yayımlaya bilər. Market-də yayımlamaq hüququ yalnız müəllifə məxsusdur (Yarışmadan sonra).
4.9. – İştirakçı hər bir kateqoriya üzrə yalnız bir lahiyə ilə yarışa bilər(Kateqoriyalar siyahısı ilə aşağıda tanış ola bilərsiz).
4.9.1. Kateqoriyalar:
• Sür@(Bakcell)
• CINeration(Bakcell)
• Əyləncə (Entertainment)
• Oyun (Game)
• Təhsil (Education)
• Həyat tərzi (Lifestyle)
• Media (Media)
• Məhsuldarlıq/Alətlər (Productivity/Tools)
• Sosial Şəbəkələşmə (Social Networking)
• Səyahət (Travel)
• Digər (Misc)
4.10. – Müsabiqəyə ən azı 1 lahiyəsi olan iştirakçılar buraxılacaq.
4.11. – Məzmunu Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan tətbiqlər yarışmaya qəbul olunmayacaq.
4.12. – Yarışma zamanı tətbiqə reklam və digər kommersiya məqsədli əlavələr daxil edilməməlidir.
4.13. – Təhlükəsizlik qaydalarına zidd olan, cihazlara və şəxsi məlumatlara zərər vuracaq tətbiqlərin iştirakına icazə verilmir.
5 – Qalib seçimi
5.1. – Seçim bütün kateqoriyalar üzrə təqdim edilmiş tətbiqlər arasında ümumi aparılır.
5.2. – Tətbiqlər aşağıdakı göstəricilərə uyğun dəyərləndiləcək:
İdeyanın orijinallığı
İstifadəçi interfeysinin dizaynı(UI design)
Faydalılıq və biznes imkanları
Performans və funksionallıq
Məzmunun dolğunluğu (Content)
Xüsusiləşdirmə (Personalization)
Təqdimat
6 – Fors major
6.1. – Təşkilatçılardan asılı olmayan hər hansı səbəbdən yarışın vaxtı dəyişdirilə bilər.
7 – Yekun
7.1. – Müsabiqədə (yarışda) qeydiyyatdan keçən iştirakçılar yuxarıda qeyd olunan bütün qaydaları qəbul etmiş olurlar.
7.2 – Qaydaları pozan iştirakçılar yarışmadan kənarlaşdırılacaq.
7.3. – Təşkilatçılar qaydalarda istədikləri vaxtı dəyişikliklər edilə bilərlər.