“Win Phone 2″ müsabiqəsi çərçivəsində növbəti təlim keçirildi

20130210_120619
“Hackathon Azerbaijan” layihəsi çərçivəsində keçirilən “Win Phone 2″ müsabiqəsinin seçim tutu artıq arxada qalıb.

10 fervral 2013-cü il tarixində Xəzər Universitetində- Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in təşkilati dəstəyi ilə keçirilən müsabiqəsinin növbəti təlim məşğələsi keçirilib. İlk olaraq tədbiri layihənin rəhbəri Rəşad Əliyev açıb. Daha sonra “Hackathon Azerbaijan” layihəsinin təlimçisi Elvin Əsədov iştirakçılar qarşısında “Windows Phone 8″ə giriş və yeni imkanlar barəsində xüsusi təqdimatla çıxış edib.

“Win Phone 2″ müsabiqəsinin təşkilatçısı “İlk Addımlar” elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan”Win Phone 2″ adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

20130210_114610 20130210_115000 20130210_115151 20130210_115202 20130210_115409 20130210_115639 20130210_115641 20130210_120619 20130210_121002 20130210_121145 20130210_121437 20130210_121444 20130210_121453 20130210_121605 20130210_121730 20130210_121746 20130210_121813 20130210_122018 20130210_122043 20130210_122103 20130210_122306 20130210_122309 IMG_20130210_122536 IMG_20130210_124243