24 Fevral 2013-cü il tarixində Xəzər Universitetində- Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in təşkilati dəstəyi ilə keçirilən müsabiqəsinin növbəti təlim məşğələsi keçirilib.
Bu dəfəki təlim mövzuları və təlimçilər aşağıdakılar oldu:
Elbəy Aliyev(NEATS): HTML 5, PhoneGap
Ellada Mustafayeva: Tədimatların hazırlanması və auditoriyaya çatdırılması
Rəşad Əliyev: Təqdimatların texniki özəllikləri
“Win Phone 2″ müsabiqəsinin təşkilatçısı “İlk Addımlar” elektron tədris layihəsidir.
Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan”Win Phone 2″ adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.
Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.