İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon” layihəsi çərçivəsində daha bir müsabiqənin keçirilməsinə hazırlıq işləri gedir.
“Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyevin MoBiz.az-a açıqlamasında bu məlumatı təsdiqləsə də, mövzu ilə əlaqədar ətraflı məlumatı yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirdi.
Yeni müsabiqənin tizer videosu da yayımlanıb. MoBiz.az “Hackathon Azerbaijan” layihəsinin əsas informasiya dəstəkçilərindən biri olaraq müsabiqə ilə bağlı mütəmadi olaraq məlumatları təqdim edəcək.
Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.